ABŞ senatoru Ted Kruz həmkarı Lindsi Qremin xarici siyasət mövqeləri barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Kruz Qremi müdaxiləçi siyasətin tərəfdarı kimi xarakterizə edib.
“Lindsi tam müdaxiləçi idi. O, zarafatla deyirdi ki, işğal etmək istəmədiyi ölkə görməyib”, – deyə Kruz bildirib.
Senator əlavə edib ki, Qremlə bu məsələdə ciddi fikir ayrılığı yaşayıb. Onun sözlərinə görə, Qrem və ABŞ Prezidenti Donald Tramp yaxın dost olsalar da, xarici siyasətlə bağlı bir sıra məsələlərdə ciddi şəkildə fərqli mövqelərə sahib olublar.
Jalə
























