ABŞ Hərbi Dəniz Qüvvələri donanmanı sürətlə genişləndirmək məqsədilə Yaponiya və Cənubi Koreyadan hərbi gəmilər almağı nəzərdən keçirir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.
Bildirilib ki, Vaşinqtonun nəzərdən keçirdiyi variantlar arasında Yaponiyanın “Mogami” sinifli freqatları və Cənubi Koreyada istehsal olunan hərbi gəmilər də var.
ABŞ bu addımla öz gəmiqayırma imkanlarını yenidən gücləndirməyə çalışdığı bir vaxtda donanmanın genişləndirilməsini sürətləndirməyi planlaşdırır. Qeyd olunur ki, təşəbbüs Çinin hərbi-dəniz qüvvələrinin genişlənməsinə qarşı ABŞ donanmasının imkanlarının artırılması məqsədi daşıyır.
Rauf
























