türkiyə bayraqbackend

Türkiyə XİN-dən Məkkəyə hücumla bağlı açıqlama

Türkiyə Xarici İşlər Nazirliyi husilərin müqəddəs Məkkə şəhərinə PUA hücumunu qətiyyətlə pisləyib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Nazirlik Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə dəstəyini bir daha təsdiqləyib və ölkə ilə həmrəy olduğunu vurğulayıb.

Açıqlamada regional sabitlik və təhlükəsizliyə təhdid yaradan bu hücumların dərhal dayandırılmasına çağırış edilib. Türkiyə XİN bütün tərəfləri gərginliyi daha da artırmağa yönəlmiş addımlardan çəkinməyə çağırıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki