image-zeydi-1backend

İraq neft ixrac marşrutlarını şaxələndirir: Türkiyə, Suriya və Aralıq dənizi

İraqın Baş naziri əl-Zeydi ölkənin neft ixracı marşrutlarını şaxələndirmək və genişləndirmək niyyətində olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, əl-Zeydi İraqın indiyədək yalnız bir boğazdan asılı olduğunu və bu vəziyyətin uzun illərdir davam etdiyini deyib.

O bildirib ki, neft ixracı üç istiqamət üzrə şaxələndirilməlidir: bir hissə Türkiyə, bir hissə Suriya, digər hissə isə Aralıq dənizi üzərindən daşınmalıdır.

Baş nazir əlavə edib ki, bu neft Qərb bazarlarına, o cümlədən Avropa və ABŞ-a satılacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki