image-aa1backend

Arzuxan Əlizadə İsveçdə parlament seçkilərini müşahidə edib

AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev sentyabrın 10-15-də İsveçdə səfərdə olublar. Səfər İsveçdə hakimiyyətdə olan sağ-mərkəz yönümlü Moderat Partiyasının dəvəti ilə baş tutub.

Bu barədə İNFOAZ.MEDİA-ya AMİP mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərin əsas məqsədi sentyabrın 13-də keçirilən parlament seçkilərini müşahidə etmək, seçki kampaniyasının son günlərində prosesin gedişatını izləmək olub. Səfər çərçivəsində Moderat Partiyasının rəhbərliyi, İsveç Riksdaqının və Avropa Parlamentinin partiyadan olan üzvləri ilə görüşlər keçirili

Sentyabrın 13-də keçirilən seçki gecəsində AMİP rəhbərliyi İsveçin Baş naziri Ulf Kristersson, Ədliyyə naziri Gunnar Strömmer, Xarici işlər naziri Maria Malmer Stenergard, digər hökumət nümayəndələri və deputatlarla birlikdə seçkinin nəticələrini canlı şəkildə izləyib. Hazırda səslərin 95,3 faizi hesablanıb. Moderat Partiyasının rəhbərlik etdiyi sağ-mərkəz koalisiyası səslərin 49,2 faizini, Sosial Demokratların rəhbərlik etdiyi sol koalisiya isə 49,4 faizini əldə edib. Ölkə xaricində səs verən seçicilərin səsləri isə hələ tam hesablanmayıb və yekun nəticələrin həftə sonunadək açıqlanması gözlənilir.

Səfər çərçivəsində İsveçdə yaşayan bir qrup azərbaycanlı ilə də görüş keçirilib. Görüş zamanı azərbaycanlıların İsveçin ictimai-siyasi həyatında iştirakının stimullaşdırılması, ölkədə gedən proseslərdə daha fəal iştirak etmələri barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin gələcəkdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Arzuxan Əlizadə İsveçdə parlament seçkilərini müşahidə edib.

image-aa3 image-aa2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki