image-413222c4-0294-41ef-a9b6-93f613f22d77backend

Saral Kənd İcmasında tələbə adını qazanan gənclərlə görüş keçirilib – FOTOLAR

12 sentyabr 2026-cı il tarixində Saral Kənd İcmasında ali məktəbə qəbul olaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, görüşdə Saral Kənd İcmasının sədri Anar Osmanlı, tələbələr və onların valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Osmanlı gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara ali təhsil həyatında uğurlar və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

İcma sədri çıxışında təhsilin gənclərin şəxsi və peşəkar inkişafında, eləcə də cəmiyyətin və dövlətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, tələbələrə daim öz üzərlərində çalışmağı, müasir bilik və bacarıqlara yiyələnməyi, milli-mənəvi dəyərlərə sadiq qalmağı tövsiyə edib.

Anar Osmanlı gənclərin Vətənə, millətə və dövlətə layiqli vətəndaş kimi yetişməsinin vacibliyini qeyd edib. O, tələbələrə müasir Azərbaycanın savadlı, vətənpərvər və dövlətinə bağlı gəncləri kimi formalaşmağı, qarşılarına qoyduqları məqsədlərə əzmlə doğru irəliləməyi tövsiyə edib.

Görüş zamanı tələbələrin gələcək təhsil planları, qarşıya qoyduqları məqsədlər və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda tələbə adını qazanan gənclər əldə etdikləri uğurlar münasibətilə Saral Kənd İcması adından Təşəkkürnamə ilə təltif olunublar. Təşəkkürnamələr gənclərə icma sədri Anar Osmanlı tərəfindən təqdim edilib.

Sonda tələbələr və onların valideynləri göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

image-a3ead462-e1f3-4b51-804f-48773ccbb101 image-b6f64111-b827-4ee3-a21d-7bc9eeb9bedd


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki