NATO-ya məxsus qırıcı təyyarələr Litvanın Kaunas bölgəsi üzərində ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını vurub.
İNFOAZ.MEDİA xəbər verir ki, insidentdən sonra hava həyəcanı elan edilib və Vilnüs hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Dron məhv edildikdən sonra hava həyəcanı və uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Litva hakimiyyəti pilotsuz uçuş aparatının tipinin və mənşəyinin hələlik müəyyən edilmədiyini açıqlayıb.
Rauf
























