image-hormuz-bogazi-yeni-700x403backend

Husilər ABŞ rəsmilərinə: “Yalnız Səudiyyə Ərəbistanına məxsus gəmiləri hədəf alacağıq”

Yəməndəki husilər Oman ərazisində keçirilən görüş zamanı ABŞ rəsmilərinə bundan sonra yalnız Səudiyyə Ərəbistanına məxsus gəmiləri hədəf alacaqlarını bildiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki,  bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, husilər ABŞ gəmilərinə, İsrail gəmilərinə və kommersiya məqsədli digər gəmilərə hücum etməyəcəklərini açıqlayıblar.

Görüşdə ABŞ-ın sanksiyalarına məruz qalan husilərin nümayəndəsi Məhəmməd Əbdülsalam və Əbdülməlik əl-Əcri də iştirak edib.

Bu mövqe husilərin əvvəlki yanaşmasından fərqlənir. 2025-ci ilin mayında əldə olunan atəşkəsdən sonra qrup İsraili hədəf dairəsindən çıxardığını bildirsə də, İsraillə əlaqəli gəmiçilik obyektlərinə qarşı hücumlarını davam etdirib.

Reuters-in məlumatına görə, son görüşdə husilərin yalnız Səudiyyə Ərəbistanına qarşı hücumlarla kifayətlənəcəklərini bildirməsi Yəmən qrupunun mövqeyində dəyişiklik kimi qiymətləndirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki