ABŞ müqaviləsi ilə fəaliyyət göstərən bir gəmi Hörmüz boğazı yaxınlığında İranın hücumuna məruz qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Fox News” iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum zamanı İrana məxsus dörd pilotsuz uçuş aparatı və ən azı bir raketdən istifadə olunub.
Zərbə nəticəsində tüstüdən zəhərlənmə də daxil olmaqla yüngül xəsarətlər qeydə alınıb. Hadisə zamanı gəmidə ABŞ personalının da olduğu bildirilib.
Jalə
























