image-811792394_1331650040028518_8298208905141219694_nbackend

Bu gün balaca qızın həyatında böyük bir səhifə açılır

Mədinə Abbasova bu gün ilk dəfə məktəbə gedib. Birinci sinfə qədəm qoyub, elmə, biliyə, gələcəyə doğru ilk addımını atıb.Mədinə Müşfiq Cabir oğlunun qızı Safuranın övladıdır. Müşfiq bu günləri görmədi… Amma onun ruhu şaddır. Çünki özündən sonra qoyduğu ən gözəl əmanətlərdən biri bu gün böyüyür, oxuyur, həyata yeni bir addım atır.

Mədinənin ulu nənəsi Safura xanım xalq şairi Cabir Novruzun həyat yoldaşı olub.Bu gün Safuranın adını daşıyan nəvə Safuranın övladı məktəbə gedir. Bir ad, bir xatirə, bir sevgi nəsildən-nəslə belə keçir…

Bu gün Cabir Novruzun ruhu şaddır. Əliabbas Qədirovun ruhu şaddır. Müşfiq Cabir oğlunun ruhu şaddır. Onların adı, xatirəsi bu ailənin içində, bu balaca qızın həyatında öz yolunu davam etdirir.Bu gün yaşayanların da könlü xoşdur.

Bal balamız balaca Mədinə, sən bu gün həyatının ən gözəl yollarından birinə çıxırsan. Qarşında uzun bir ömür, öyrənəcəyin çoxlu bilik, yazacağın çoxlu səhifələr var.Qoy qələmin həmişə uğur yazsın, yolun işıqlı olsun, ürəyin gözəl arzularla dolsun.Birinci sinfin mübarək, Mədinə!Sən böyüdükcə adlar da, xatirələr də səninlə böyüsün. Bu böyük nəslin sevgisini ürəyində daşıyaraq öz gözəl yolunu özün yaz.Allah səni qorusun, balaca Mədinə.

Yolun açıq, gələcəyin işıqlı olsun.

Günay Novruz, yazıçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki