image-1760213973_1714708199_gazabackend

Qəzzada xəstəxanaların 70 faizinin generatoru yanacaq çatışmazlığı səbəbindən dayanıb

Qəzza zolağında xəstəxanaların elektrik generatorlarının təxminən 70 faizi fəaliyyətini dayandırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, generatorların dayanmasına yanacaq, yağ və ehtiyat hissələrinin çatışmazlığı səbəb olub.

Nazirlik vəziyyətin xəstəxanaların fəaliyyətinə və tibbi xidmətlərin göstərilməsinə ciddi təsir etdiyini qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki