image-press-konferenciya-glavy-mid-rf-lavrova-v-ramkakh-antalskogo-diplomaticheskogo-forumabackend

Lavrov: “Tramp administrasiyası Bayden dövründə tətbiq edilən bütün sanksiyaları uzadıb”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətini şərh edib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Lavrov Trampın daha əvvəl müharibəni “Baydenin müharibəsi” adlandırdığını xatırladıb.

“Əvvəllər Tramp deyirdi: ‘Bu, Baydenin müharibəsidir, mən prezident olsaydım, heç kim bu müharibəyə başlamazdı’. Amma indi bu, hazırkı administrasiyanın müharibəsinə çevrilib”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Bayden administrasiyası dövründə tətbiq olunan bütün sanksiyalar Tramp administrasiyası tərəfindən istisnasız olaraq uzadılıb. Bu fikirlər Lavrovun sentyabrın 8-də verdiyi müsahibədə səsləndirdiyi mövqeyə uyğundur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki