telefonbackend

Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir – BU ÖLKƏDƏ

Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin qəbulunun sürətləndirilməsi planlaşdırılır.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, ölkə rəhbərliyi bu təşəbbüsün əsas məqsədinin uşaqları zərərli məzmun, psixoloji risklər və sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq olduğunu vurğulayıb.

Məlumata görə, qadağanın 2026-cı ilin sentyabrında, yeni tədris ilinin başlanğıcı ilə qüvvəyə minməsi nəzərdə tutulur. Qanun çərçivəsində sosial platformalar istifadəçilərin yaşını daha ciddi şəkildə yoxlamağa məcbur edilə bilər. Fransa hökuməti bu addımı uşaqların təhlükəsizliyi və sağlam inkişafı baxımından vacib hesab edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki