Starlinkbackend

Ukraynada Starlink terminallarının sürət məhdudiyyətləri aradan qaldırılmış ola bilər

Ukraynada istifadə olunan “Starlink” terminallarının sürət məhdudiyyətlərinin aradan qaldırıldığı ehtimal olunur.

İNFOAZ.MEDİA xəbər verir ki,bu barədə “The Economist” nəşrinin Ukrayna üzrə müxbiri Oliver Kerroll məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna cəbhəsində fəaliyyət göstərən pilotsuz uçuş aparatı bölmələrinin komandirləri sürət məhdudiyyətlərinin götürüldüyünü bildiriblər.

“Onlar hələ də sınaqlar aparırlar, lakin görünür, məhdudiyyətlər aradan qaldırılıb”, – deyə Kerroll yazıb.

Qeyd edək ki, məlumat hələlik ilkin xarakter daşıyır və məhdudiyyətlərin tam aradan qaldırıldığı rəsmi şəkildə təsdiqlənməyib.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki