image-5983142657879903940backend

ABŞ və Kanada seçkilərdən əvvəl tarifləri azaltmaq istəyir

ABŞ və Kanada polad və avtomobillərə tətbiq edilən gömrük rüsumlarının azaldılması ilə bağlı razılaşma əldə etmək üçün danışıqlar aparır.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, tərəflər noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərdən əvvəl razılığa gəlməyə çalışırlar. Danışıqlar ABŞ-ın Kanada poladına tətbiq etdiyi 50 faizə, avtomobillərə isə 25 faizə çatan rüsumları əhatə edir.

ABŞ tərəfi razılaşma üçün Kanadadan əlavə güzəştlər tələb edir. Kanada mənbələrindən biri razılığın seçkilərdən əvvəl əldə oluna biləcəyini bildirsə də, sənaye nümayəndələri mümkün razılaşmanın məhdud çərçivədə olacağını düşünürlər.

Kanadanın Baş naziri Mark Karni danışıqlarda müəyyən irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, bu irəliləyiş ABŞ-ın Kanadanın mövqeyinə yaxınlaşması ilə bağlıdır.

Qeyd edək ki, Donald Tramp daha əvvəl 2027-ci il yanvarın 1-dən Kanada poladı və avtomobillərinə tətbiq edilən rüsumları 50 faizə qaldırmaq niyyətini açıqlamışdı.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki