İsrailin Baş naziri Benyamin Netanyahu müxalif siyasi qüvvələrin seçkilərin nəticələrinə müdaxilə etməyə və seçkiləri “oğurlamağa” çalışdığını iddia edib.
İNFOAZ.MEDİA xəbər verir ki, müxalifətdəki “Yaşar” partiyası isə baş nazirin seçkilərin saxtalaşdırılması ilə bağlı iddialarını əsassız adlandırıb. Partiya hesab edir ki, Netanyahu bu bəyanatlarla seçkilərin nəticələrinə etiraz etmək üçün əvvəlcədən zəmin hazırlayır.
Qeyd edək ki, Netanyahu və müxalifət nümayəndələri arasında seçki prosesinin şəffaflığı ilə bağlı qarşılıqlı ittihamlar səsləndirilir.
Rauf
























