Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov və Zərgərpalan küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.





