fransabackend

Fransa Avropada nüvə çəkindirməsi rolunu genişləndirir

ABŞ-ın təhlükəsizlik zəmanətlərinə inamın azalması fonunda Fransa Avropada nüvə çəkindirməsi rolunu genişləndirməyə hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Böyük Britaniya, Almaniya, Polşa və bir sıra Skandinaviya ölkələri də daxil olmaqla, 10 ölkə Fransa Prezidenti Emmanuel Makronun irəli sürdüyü “qabaqlayıcı çəkindirmə” təşəbbüsünə qoşulub.

Plan Fransa nüvə silahı daşımaq qabiliyyətinə malik döyüş təyyarələrinin Avropanın müxtəlif ölkələrində yerləşdirilməsini, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsinin və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Məqsəd Rusiyanı mümkün təcavüzdən çəkindirməkdir.

Məlumata görə, Baltikyanı ölkələr təşəbbüsə daxil edilməyib, İtaliya isə ona qoşulmaqdan imtina edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki