İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinin Tehranda bir araya gəlməsini regional diplomatiyanın inkişafı baxımından mühüm hadisə adlandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Bəqainin sözlərinə görə, Yaxın Şərqdə davamlı sabitlik və təhlükəsizlik yalnız region ölkələrinin öz imkanlarına və əməkdaşlığına əsaslanmaqla təmin edilə bilər.
O bildirib ki, bu görüş daha geniş regional əməkdaşlıq üçün zəmin yarada bilər.
Jalə
























