Suriyada Prezident Əhməd əş-Şaraanın hakimiyyəti dövründə hazırlanan 2025–2026-cı tədris ili üçün yeni məktəb dərsliklərində Osmanlı hakimiyyətinə qarşı ərəb üsyanının tədrisi yenidən işlənib.
İNFOAZ.MEDİA xəbər verir ki, yeni dərsliklərdə “Böyük Ərəb üsyanı” ifadəsi çıxarılıb, türklərə qarşı sərt ifadələr isə yumşaldılıb.
2017–2018-ci illərdə Bəşər Əsədin hakimiyyəti dövründə istifadə olunan dərslikdə Şərif Hüseynin rəhbərlik etdiyi 1916–1918-ci illər üsyanının məqsədinin “ərəb torpaqlarını Osmanlı işğalından və türk ittihadçılarının hakimiyyətindən azad etmək” olduğu qeyd edilirdi.
Yeni nəşrdə isə hadisə “Hüseyn bin Əlinin üsyan hərəkatı” adlandırılır və məqsədin “ərəb torpaqlarını Osmanlı dövlətindən ayırmaq” olduğu bildirilir.
Bundan əlavə, əvvəlki dərslikdə Şərqdəki müharibənin xalqları “türklərin ədalətsizliyindən azad etmək” məqsədi daşıdığı yazıldığı halda, yeni versiyada məqsəd “Osmanlıları bölgədən çıxarmaq” kimi təqdim olunur.
Jalə
























