image-putin-yeni1backend

Putin: Rusiya ABŞ-la Arktikada əməkdaşlıq imkanlarını araşdırır

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la Arktika regionunda əməkdaşlıq perspektivlərini araşdırdığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Moskva Arktikada qarşılıqlı maraq doğuran istiqamətlər üzrə Vaşinqtonla əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu region enerji resursları, təbii sərvətlər və strateji mövqeyi baxımından böyük əhəmiyyət daşıyır.

Arktika son illərdə Rusiya və ABŞ arasında geosiyasi rəqabətin əsas istiqamətlərindən birinə çevrilib. Bununla yanaşı, regionda iqtisadi və enerji sahələrində mümkün əməkdaşlıq məsələləri də gündəmdə qalır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki