Braziliya Prezidenti Luiz İnasio Lula da Silvabackend

Lula: Süni intellekt sistemini portuqal dilində inkişaf etdirəcəyik

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin süni intellekt sahəsində bütün sistemi mənimsəməyi hədəflədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Lula süni intellektin yalnız Çin və ya ingilis dillərində deyil, portuqal dilində də inkişaf etdirilməsini istədiyini vurğulayıb.

“Mən süni intellektin mandarin dilində olmasını istəmirəm. İngilis dilində də olmasını istəmirəm. Onun portuqal dilində olmasını istəyirəm və siz bunu həyata keçirəcəksiniz”, – deyə Braziliya lideri bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki