Zelenskibackend

Zelenski: Rusiyaya qarşı sanksiyalar yalnız müharibə bitdikdən sonra ləğv edilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların ləğvinin iqtisadi maraqlarla deyil, müharibənin başa çatması və təhlükəsizlik məsələləri ilə əlaqələndirilməli olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, sanksiyalar Rusiyanın təcavüzü, Ukrayna ərazilərini ələ keçirməsi, qanunsuz işğalı və insanların öldürülməsi səbəbindən tətbiq olunub.

O vurğulayıb ki, sanksiyaların ləğvi yalnız müharibənin dayandırılması, diplomatik proses, ölkənin bərpası və təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilə bilər.

Zelenski qeyd edib ki, sanksiyaların ləğvinin ABŞ, Rusiya, Asiya, Afrika, Avropa və ya Ukrayna üçün iqtisadi baxımdan sərfəli olub-olmaması əsas meyar deyil.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki