Ukrayna ordusu Krım və Krasnodara kütləvi zərbələr endirib.
bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Krımdakı Kerç limanına zərbələr endirilib.
“Bu səhər Kerçdə dronların kütləvi hücumu baş verib və partlayışlar şəhərin hər yerində eşidilib. Limanda zərbə qeydə alınıb”, – məlumatda qeyd olunub.
Zərbələr nəticəsində limanda güclü yanğının baş verdiyi bildirilib.
Krasnodar diyarındakı “Qafqaz” limamı da zərbələrə məruz qalıb. Nəticədə limanda partlayışlart baş verib// Axar.az
























