Uçuş faciə ilə bitdi: helikopter kraterdə aşkarlandıbackend

Uçuş faciə ilə bitdi: helikopter kraterdə aşkarlandı

Yaponiyada itkin düşən turistik helikopter Nakadake kraterində tapılıb. Bu barədə Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi (MLIT) məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, açıqlamaya görə, kraterdə aşkar edilən ağır zədələnmiş obyektin itkin düşən helikopterə məxsus olduğu təsdiqlənib. Helikopterdə bir pilot və iki Tayvanlı turistin olduğu bildirilir. Güclü vulkanik qazlar və çətin relyef səbəbindən axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, helikopter uçuş zamanı fövqəladə siqnal göndərmiş, lakin nəzərdə tutulan vaxtda bazaya qayıtmamışdı.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki