Rusiyanın “Ural Hava Yolları” şirkətinə məxsus Perm–Antalya reysini yerinə yetirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Yekaterinburq hava limanına planlaşdırılmamış eniş edib.
bu barədə TASS məlumat yayıb.
Məlumata görə, uçuş zamanı təyyarədə mümkün nasazlıqla bağlı xəbərdarlıq sistemi işə düşüb. Ekipaj təhlükəsizliyi nəzərə alaraq eniş etmək qərarına gəlib.
Bildirilib ki, təyyarədə olan 220 sərnişin hava limanının terminalında yerləşdirilib, onlara qida və içkilər təqdim olunub.
























