Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Mersin şəhərində “Barış Turqut” adlı mütəşəkkil cinayət dəstəsinə qarşı keçirilən əməliyyat zamanı 38 şübhəlinin saxlanıldığını, onlardan 17-nin, o cümlədən dəstə başçısının həbs edildiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, cinayət yolu ilə əldə edildiyi müəyyən edilən 23 nəqliyyat vasitəsi və son 5 il ərzində 10 milyard 761 milyon TL dövriyyəsi olan 85 bank hesabı müsadirə edilib. Dəstənin sahibkarlara təzyiq və hədə-qorxu gəldiyi, 2 qəsdən xəsarət yetirmə və 10 silahlı hücum törətdiyi müəyyən olunub.
Əməliyyat zamanı müxtəlif qanunsuz silahlar da aşkarlanıb.
Rauf
























