Türkiyənin Antalya şəhərində avtobusun aşması nəticəsində səkkiz nəfər həlak olub. Hadisə yerli vaxtla səhər saat 10:30 radələrində Döşemealtı rayonunda baş verib.
İNFOAZ.MEDİA-nın məlumatına görə, qəza zamanı ölənlərin hamısı Türkiyə vətəndaşıdır.
İlkin məlumata görə, Tekirdağ vilayətindən Antalyaya gedən avtobus sürücüsü idarəetməni itirib, avtobus səkiyə çırpılıb, yoldan çıxaraq xəndəyə aşıb.
Rauf
























