Türkiyə yerli istehsal olan T625 GÖKBEY çoxməqsədli helikopterinin ilk nümunəsini rəsmi şəkildə Quru Qoşunlarına təhvil verib. Bununla da helikopterin ordu sıralarında aktiv xidməti başlanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, layihə çərçivəsində helikopterin lokallaşma səviyyəsi artıq 70%-i ötüb. Gələcəkdə yerli TS1400 mühərrikinin tam tətbiqi ilə bu göstəricinin 80%-dən yuxarı qalxacağı gözlənilir.
T625 GÖKBEY proqramı çərçivəsində ümumilikdə 83 helikopterin müxtəlif dövlət qurumlarına təhvil verilməsi planlaşdırılır.
Bunlardan:
15 ədəd Quru Qoşunları üçün
42 ədəd isə Daxili İşlər Nazirliyinə (jandarma və polis daxil olmaqla) nəzərdə tutulub
Yeni helikopterlərin Türkiyənin müdafiə sənayesində yerli istehsal imkanlarını gücləndirməsi və xarici asılılığı azaltması baxımından strateji əhəmiyyət daşıdığı vurğulanır.
Jalə
























