image-mizrak-puabackend

Baykar yeni AI əsaslı “MIZRAK” PUA-sını təqdim etdi

Türkiyənin müdafiə sənayesi şirkəti Baykar süni intellektlə idarə olunan yeni kamikadze PUA-sı “MIZRAK”ı ictimaiyyətə təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, şirkət sistemin rəsmi təqdimatından əvvəl canlı atış sınağının da keçirildiyini bildirib. Yeni sistemin ilk dəfə geniş şəkildə SAHA 2026 sərgisində nümayiş etdirilməsi gözlənilir.

MIZRAK aşağıdakı xüsusiyyətlərə malikdir:

Hədəfləri muxtar şəkildə aşkar etmə və izləmə

Süni intellekt dəstəyi ilə dəqiq zərbə endirmə

GPS siqnalı olmayan mühitlərdə fəaliyyət göstərə bilmə

Uzunmüddətli uçuş və gözləmə (loitering) qabiliyyəti

1000 km-dən çox əməliyyat məsafəsi

Qrup (swarm) əməliyyatlarına uyğun dizayn

Şirkətə görə, bu sistem müasir döyüş meydanlarında çevik və dəqiq hücum imkanlarını artırmaq məqsədi daşıyır və pilotsuz sistemlərin yeni nəsli kimi qiymətləndirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki