Almaniya kansleri Fridrix Merts İranla bağlı gərginlik fonunda mühüm açıqlama verərək ölkəsinin Hörmüz boğazındakı blokadanın aradan qaldırılmasına yönəlik səylərə dəstək verdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts qeyd edib ki, Almaniya Hörmüz boğazında dəniz yollarının azadlığını təmin etmək üçün addımların tezliklə atılmasını dəstəkləyir və İranın blokada siyasətinin dayandırılmasını vacib hesab edir.
Kanslerin sözlərinə görə, əgər lazımi siyasi və hüquqi şərtlər yerinə yetirilərsə, Almaniya bu məqsədlə hərbi iştirak da daxil olmaqla addımlar atmağa hazırdır.
O vurğulayıb ki, belə bir missiya yalnız beynəlxalq mandat və müvafiq şərtlər daxilində mümkün ola bilər və Berlin bu məsələdə müttəfiqlərlə koordinasiyanı davam etdirir.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji tədarükü üçün kritik əhəmiyyət daşıyır və bölgədəki gərginlik dünya bazarlarına ciddi təsir göstərir.
Rauf
























