image-49bb9c6b-ccbe-458a-9fd4-178fee77ad0dbackend

Mitsotakis: Yunanıstan qlobal təhsil mərkəzinə çevrilmək istəyir

Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis ölkənin gələcək inkişaf strategiyası ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Mitsotakis bildirib ki, Yunanıstanın əsas məqsədlərindən biri ölkəni regional, hətta qlobal təhsil mərkəzinə çevirməkdir. Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində xarici tələbələrin ölkəyə cəlb olunması planlaşdırılır.

Baş nazir qeyd edib ki, ilkin mərhələdə Balkanlar, Avropa və Yaxın Şərqdən tələbələrin cəlbi nəzərdə tutulur. Daha uzunmüddətli perspektivdə isə Hindistan, ABŞ, Asiya və Afrika ölkələrindən gələn tələbələrin də Yunanıstanda təhsil alması hədəflənir.

Mitsotakis vurğulayıb ki, bu tələbələr müəyyən şərtlər daxilində ölkədə təhsil aldıqdan sonra Yunanıstanda qalaraq işləyə və milli iqtisadiyyatın güclənməsinə töhfə verə bilərlər.

Ekspertlərin fikrincə, bu strategiya Yunanıstanın həm təhsil sektorunu beynəlxalq səviyyədə inkişaf etdirməyə, həm də əmək bazarını gücləndirməyə yönəlib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki