image-6026002033447472320backend

Almaniyada məşğulluq azalır: sənaye və avtomobil sektoru ağır zərbə alıb

Almaniyada 2025-ci ilin ortalarından etibarən əmək bazarında ciddi azalma qeydə alınıb. Məlumata görə, ölkədə ümumilikdə təxminən 200 min iş yeri itirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, iş yerlərinin azalması ən çox sənaye sektorunda hiss olunub. Təkcə 2025-ci il ərzində bu sahədə təxminən 124 min nəfər işini itirib.

Xüsusilə avtomobil sənayesi ciddi zərər görüb. Bu sektorda təxminən 50 min iş yerinin ixtisar edildiyi bildirilir. Qeyd olunur ki, söhbət əsasən yüksək ixtisaslı və yüksək maaşlı iş yerlərindən gedir.

Ekspertlər vurğulayır ki, bu tendensiya Almaniya iqtisadiyyatının əsas dayaqlarından biri olan sənaye sektorunda struktur problemlərin artdığını göstərir və uzunmüddətli təsirləri ola bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki