image-friedrich-merz-union-candidate-christian-democratic-union-of-germany-1backend

Fridrix Merts İrana çağırış etdi

Almaniya kansleri Fridrix Merts İranla bağlı kəskin bəyanatla çıxış edərək Tehrandan dərhal danışıqlara başlamağı tələb edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merz bildirib ki, İran:

Vaxt uzatmaq taktikasına son qoymalı,

Regionu və qlobal təhlükəsizliyi “girov” vəziyyətində saxlamamalı,

Hərbi nüvə proqramını tam şəkildə dayandırmalı,

İsrail və regiondakı tərəfdaşlara qarşı hücumları dayandırmalıdır

Kansler vurğulayıb ki, İranın nüvə proqramı və regiondakı fəaliyyəti beynəlxalq təhlükəsizlik üçün ciddi risk yaradır və bu səbəbdən diplomatik həll təcili şəkildə tapılmalıdır.

Qeyd edək ki, Merts daha əvvəl də İranın nüvə silahı əldə etməməsinin vacibliyini vurğulamış və regionda eskalasiyanın qarşısının alınmasına çağırış etmişdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki