image-808x539_cmsv2_47ed8b74-33ff-56c2-90d6-c52877b42771-9741437backend

Trampla Merts ARASINDA GƏRGİNLİK

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merts-i kəskin tənqid edərək onu prioritetləri düzgün müəyyən etməməkdə ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, Almaniya rəhbəri Ukrayna müharibəsinin dayandırılmasına daha çox diqqət ayırmalı, həmçinin ölkəsindəki immiqrasiya və enerji problemlərini həll etməlidir. O, Mertsi bu sahələrdə “tamamilə səmərəsiz” olmaqda günahlandırıb.

ABŞ prezidenti əlavə edib ki, Almaniya kansleri İranın nüvə təhlükəsinin qarşısını almağa yönəlmiş addımlara müdaxilə etmək əvəzinə daxili və regional problemlərlə məşğul olmalıdır. Tramp-a görə, bu cür addımlar dünyanın, o cümlədən Almaniyanın daha təhlükəsiz olmasına xidmət edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki