İsveç Rusiyaya məxsus “kölgə donanması” ilə əlaqələndirilən bir yük gəmisini müsadirə edib. Hadisə beynəlxalq hüquqi yardım çərçivəsində aparılan araşdırma əsasında həyata keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, İsveç Prokurorluğu bildirib ki, xarici bir ölkənin (Ukrayna) apardığı istintaq çərçivəsində göndərilən “qarşılıqlı hüquqi yardım” tələbi qəbul olunub. Bu çərçivədə saxlanılan gəminin gələcək taleyi ilə bağlı qərar müzakirə olunur və onun həmin ölkəyə Ukraynaya təhvil verilməsi ehtimalı da nəzərdən keçirilir.
Söhbət Caffa adlı yük gəmisindən gedir. Məlumata görə, gəmi Ukrayna sanksiyalar siyahısına daxil edilib və saxlanılarkən mənsubiyyətini gizlətmək üçün saxta Qvineya bayrağından istifadə edib.
Rauf
























