Belçikabackend

Belçika nüvə enerji siyasətində dönüş edir

Belçika hökuməti enerji təhlükəsizliyini gücləndirmək məqsədilə böyük nüvə enerji aktivlərinin satın alınmasını nəzərdən keçirir.

İNFOAZ.MEDİA xəbər verir ki, plan çərçivəsində dövlət, enerji şirkəti Engie-dən və onun Belçikadakı törəmə şirkəti Electrabel tərəfindən idarə olunan 7 nüvə reaktorunu dövlət nəzarətinə keçirməyi hədəfləyir.

Hökumət bu addımın məqsədinin sabit, əlçatan və aşağı karbon emissiyalı enerji təmin etmək olduğunu bildirir. Eyni zamanda, bu qərarın mövcud nüvə stansiyalarının bağlanması planlarını da müvəqqəti dayandıracağı qeyd olunur.

Rəsmi Brüssel hesab edir ki, bu strategiya ölkənin enerji müstəqilliyini artıracaq və elektrik qiymətlərinin stabilləşməsinə kömək edəcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki