image-hfuyzjixeaac6b_backend

ABŞ-da İranla bağlı yeni hərbi ssenarilər müzakirə olunur

Donald Tramp yaxın günlərdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper tərəfindən İranla bağlı yeni hərbi variantlar barədə brifinq alacaq.

İNFOAZ.MEDİA xəbər verir ki, təqdim olunacaq planlar arasında qısa müddətli, intensiv hava zərbələri kampaniyası, Hörmüz boğazı üzərində nəzarətin ələ alınması və zənginləşdirilmiş uran obyektlərinə qarşı xüsusi təyinatlı əməliyyatlar da yer alır.

Bildirilir ki, Tramp hazırda daha çox dəniz blokadası variantını təzyiq vasitəsi kimi nəzərdən keçirir. Lakin İran tərəfi güzəştə getməzsə, əlavə hərbi addımların da gündəmə gələ biləcəyi qeyd olunur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki