Banqkokda güclü istilər qeydə alınıb və “hiss edilən temperatur” (rütubətlə birlikdə orqanizmin hiss etdiyi istilik) +58°C-yə qədər yüksəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, real hava temperaturu hazırda təxminən 38–40°C aralığındadır, lakin yüksək rütubət səbəbindən bu göstərici daha yüksək hiss olunur.
Mütəxəssislər bildirir ki, belə şəraitdə insan bədəninin temperaturu açıq havada cəmi 10–15 dəqiqə qalma nəticəsində 40°C-yə qədər yüksələ bilər ki, bu da ciddi sağlamlıq riski yaradır.
Sakinlərə günün isti saatlarında çöldə uzun müddət qalmamaq və ehtiyatlı olmaq tövsiyə olunub.
Rauf
























