Cimmi Kimmelbackend

Donald Tramp ABC-ni tənqid etdi: Cimmi Kimmel hədəfdə

ABŞ prezidenti Donald Tramp televiziya aparıcısı Cimmi Kimmel və onu yayımlayan ABC kanalını sərt şəkildə tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp sosial media paylaşımında ABC-ni “saxta xəbər şəbəkəsi” adlandıraraq, Cimmi Kimmelin proqramını “televiziyanın ən aşağı reytinqli və uğursuz şoularından biri” kimi qiymətləndirib. O, kanaldan aparıcının işdən çıxarılmasının nə vaxt baş verəcəyini soruşub.

“İnsanlar qəzəblidir. Bu, tezliklə baş verməlidir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Cimmi Kimmel tez-tez siyasi mövzulara və xüsusilə Tramp-a yönəlik tənqidi çıxışları ilə tanınır. Bu açıqlama isə iki tərəf arasında davam edən söz savaşının növbəti epizodu kimi qiymətləndirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki