image-telemmglpict000481709501_17775370955140_trans_nvbqzqnjv4bqfebqzo5up1oys1sncxzpvv4xpit_dmgvdp2n7fdd82kbackend

ABŞ “Dark Eagle” hipersəs raketlərinin Yaxın Şərqdə yerləşdirilməsini müzakirə edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq bölgəsində yeni nəsil uzaqmənzilli hipersəs raket sisteminin yerləşdirilməsi üçün rəsmi icazə istəyib.

İNFOAZ.MEDİA xəbər verir ki, söhbət Dark Eagle raket kompleksindən gedir. Plan İranın ballistik raket buraxılış qurğularını hədəf almaq üçün hazırlanıb, çünki bu hədəflərin bir qismi mövcud ABŞ sistemlərinin təsir dairəsindən kənarda yerləşir.

“Dark Eagle” raketinin təxminən 1,725 mil (təxminən 2,775 km) məsafəyə qədər zərbə endirmə qabiliyyəti olduğu və yüksək sürətli, dəqiq zərbələr üçün nəzərdə tutulduğu bildirilir.

Əgər qərar təsdiqlənərsə, bu sistemin ilk əməliyyat yerləşdirilməsi olacaq. Qeyd olunur ki, raket hələ tam döyüşə hazır elan edilməyib. Hər bir raketin qiyməti təxminən 15 milyon dollar civarındadır və hazırda məhdud sayda mövcuddur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki