ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında gərginliyə münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp N12-yə açıqlamasında raket hücumu nəticəsində heç kimin zərər görmədiyini qeyd edib və İsrailin Baş naziri Benyamin Netanyahunın cavab addımları atacağı təqdirdə qarşıdurmanın davam edəcəyini bildirib.
“Raket hücumu zamanı heç kim xəsarət almayıb. Əgər Netanyahu cavab versə, bu davam edəcək və davam edəcək”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti tərəflər arasında müharibənin dayandırılması üçün razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını da bildirib.
“Biz müharibəni bitirəcək razılaşmaya çox yaxınıq və bu, yaxşı razılaşma olacaq. Bu prosesin pozulmasını istəmirəm. Hər iki tərəf hücum edib və mən yeni bir hücum görmək istəmirəm”, – deyə Tramp əlavə edib.
Rauf
























