ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövcud atəşkəs rejimi barədə mövqeyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp müşavirlərinə bildirib ki, ABŞ İranla mövcud atəşkəsi davam etdirməyə hazırdır və genişmiqyaslı hərbi əməliyyatların bərpasını yalnız İranın ABŞ hərbçilərinin ölümünə səbəb olacaq hücumlar həyata keçirməsi halında nəzərdən keçirə bilər.
Məlumata görə, hazırkı mərhələdə Vaşinqton atəşkəsin qorunmasını və gərginliyin daha da eskalasiya etməməsini prioritet hesab edir. Bununla belə, ABŞ rəsmiləri regionda vəziyyətin hələ də qeyri-sabit qaldığını bildirirlər.
Tramp administrasiyası həm diplomatik proseslərin davam etdirilməsini, həm də hərbi eskalasiyanın qarşısının alınmasını paralel şəkildə idarə etməyə çalışır.
Rauf
























