ABŞ prezidenti Donald Tramp İranla müharibə və regiondakı vəziyyətlə bağlı sərt açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, İsrailin onu İranla müharibəyə sövq etdiyi iddiaları doğru deyil və bu qərar onun şəxsi mövqeyinə əsaslanıb. O, xüsusilə 7 oktyabr hadisələrinin və İranın nüvə silahı əldə etməsinə qarşı uzunmüddətli mövqeyinin bu qərarda əsas rol oynadığını vurğulayıb.
ABŞ lideri həmçinin media və sorğu şirkətlərini sərt tənqid edərək onların məlumatlarının böyük hissəsinin yalan və manipulyasiya olduğunu iddia edib.
Tramp əlavə edib ki, İranla bağlı nəticələrin “möhtəşəm” olacağını düşünür və ölkədə mümkün hakimiyyət dəyişikliyindən sonra düzgün rəhbərlik olarsa, İranın daha güclü və firavan gələcəyə sahib ola biləcəyini qeyd edib.
Jalə
























