image-5852591861288078938backend

Tiranada İsrail bayraqları etiraz doğurdu

Albaniyanın paytaxtı Tirana şəhərinin əsas bulvarı “İsrail Mədəniyyət Həftəsi” çərçivəsində İsrail bayraqları ilə bəzədilib. Tədbir çərçivəsində edilən bu addım qısa müddətdə ciddi narazılıqla qarşılanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, xüsusilə Qəzza zolağında davam edən münaqişə fonunda bir qrup albaniyalı vətəndaş bu görüntülərə etiraz edib. Etiraz edənlər hökumətin və xüsusilə Baş nazir Edi Ramanın Edi Rama İsrailə yaxın mövqe sərgilədiyini iddia edərək narazılıqlarını ifadə ediblər.

Məlumata görə, gərginliyin artmasının qarşısını almaq məqsədilə İsrail bayraqları bir neçə saat ərzində ərazidən yığışdırılıb və tədbir qismən dayandırılıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki