Suraxanıda ailə faciəsi - Şahidlər danışırbackend

Suraxanıda ailə faciəsi – Şahidlər danışır

Bakının Suraxanı rayonunda faciəvi hadisə baş verib. 1990-cı il təvəllüdlü Rafael Qurbanov öz bacısı, 1992-ci il təvəllüdlü Sura Qurbanovanı bıçaqlayıb. Hadisə sentyabrın 1-i axşam saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, Elnur Şahbazov küçəsində qeydə alınıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, səs-küy eşidəndə həyətə çıxıblar. Onlara “qardaşı bıçaqlayıb” deyilib. Hadisə yerinə gələn şahidlər yaralı bacını evə aparıblar. Evdə yarasına tampon qoyulduqdan sonra bacının ailəsi gəlib və onu aparıblar. Daha sonra qardaşın özünün də yaralı olduğu bildirilib.

Hadisə şahidi Hadisə Hadisə şahidi danışır:

“Səsə çıxdıq, dedilər ki, qızı qardaşı bıçaqlayıb. Qardaşının üzü yaralı idi burda. Mən də gördüm ki, qızı aparıblar. Qardaşının da üzü yaralı idi burda. Yanında da iki nəfər idi. Onlara skora təzdən çağırdıq, skora gəldi, qızı götürdü getdilər. Onlar bura adamı deyillər, burda qalmırlar. Təbii ki, o da bir yaxşı ailədir, indi həyatdı da, oğuldur da, gedib öz başınla hardansa alıb gətirib işmir. Deyilənə görə, içəndir, eləyəndir, onu mən dəqiq deyə bilmirəm.”

Rafael Qurbanovun əvvəlcə bacısını, daha sonra isə özünü bıçaqladığı bildirilir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Jalə

 

Bu gönderiyi Instagram’da gör

 

İNFOAZ.MEDİA (@infoaz.media)’in paylaştığı bir gönderi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki