image-17205310601081711831_1200x630backend

Starmer: Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, kəşfiyyat məlumatları Rusiyanın yaxın illərdə NATO ölkələrinə qarşı hücum təhlükəsinin mövcud olduğunu göstərir.

İNFOAZ.MEDİA xəbər verir ki, Starmerin sözlərinə görə, həm Böyük Britaniyanın, həm də NATO müttəfiqlərinin kəşfiyyat qiymətləndirmələri Rusiyanın 2030-cu ilə qədər alyansa qarşı hücum həyata keçirə biləcəyini ehtimal edir.

“Bizim kəşfiyyat qiymətləndirməmizə və NATO-dakı digər ölkələrin qiymətləndirmələrinə görə, Rusiya tərəfindən NATO-ya hücum 2030-cu il kimi yaxın bir vaxtda baş verə bilər”, – deyə Baş nazir bildirib.

Starmer bu səbəbdən NATO ölkələrinin müdafiə qabiliyyətlərini gücləndirməsinin və kollektiv təhlükəsizlik sahəsində əməkdaşlığı daha da artırmasının vacibliyini vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki