image-keir-starmerbackend

Starmer: Həyatımızın ən təhlükəli və qeyri-sabit dövrünü yaşayırıq

Böyük Britaniyanın Baş naziri Kir Starmer dünyada artan təhlükəsizlik risklərinə diqqət çəkərək, hazırkı dövrün son onilliklərin ən təhlükəli mərhələlərindən biri olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Starmer çıxışında beynəlxalq vəziyyətin getdikcə daha qeyri-sabit xarakter aldığını vurğulayıb.

“Demək heç də şişirtmə olmaz ki, biz mənim və sizin həyatınız boyunca gördüyümüz dövrlər arasında ən təhlükəli və qeyri-sabit zamanları yaşayırıq”, – deyə Baş nazir qeyd edib.

Starmer qlobal təhlükəsizlik çağırışlarının artdığını bildirərək, ölkəsinin müdafiə və təhlükəsizlik sahəsində hazırlığını gücləndirməsinin vacibliyini vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki