Mart ayından etibarən Krasnoyarskda spirtli içkilərin satışına məhdudiyyətlər tətbiq olunacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, Krasnoyarsk hakimiyyəti çoxmənzilli binalarda və onlara bitişik ərazilərdə yerləşən pərakəndə satış məntəqələrində spirtli içkilərin satışını məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, həmin mağazalarda spirtli içkilərin satışı yalnız səhər saat 10:00-dan axşam saat 21:00-dək icazəli olacaq. Bu vaxtdan kənar saatlarda spirt tərkibli məhsulların satışı qadağan ediləcək.
Qeyd olunur ki, yeni məhdudiyyətlər 1 mart 2026-cı il tarixindən qüvvəyə minəcək. Bununla yanaşı, görülən tədbirlər yekun xarakter daşımır. 2026-cı ilin yay və payız aylarında spirtli içkilərin satış qaydalarının daha da sərtləşdirilməsini planlaşdırır.
Rauf
























