image-1762340938_1669802873_1663743064_631cec8e-c256-3a75-9cb3-77de4b0d6ca8_850backend

Şoyqu ÇİNƏ GETDİ

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinə səfər edib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, Sergey Şoyqu Çin Xalq Respublikasının xarici işlər naziri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyası Ofisinin rəhbəri Vanq Yi ilə görüşəcək.

Mətbuat xidmətinin bildirdiyinə görə, fevralın 1-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çin Xalq Respublikasında səfərdə olaraq Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparıb.

Görüşlər zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik sahəsində mövcud və dəyişən vəziyyəti müzakirə edəcəklər.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki